İkinci Liqa: 2024/25 mövsümünün ilk turunun oyun cədvəli bəlli oldu

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyun cəvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bu çempionatda yeni mövsümə avqustun 31-də start veriləcək. İlk oyun günündə 3 qarşılaşma baş tutacaq. Qalan 4 oyun isə sentyabrın 2-də təşkil olunacaq.

İkinci Liqa
1-ci tur
31 avqust

“Göygöl” – “Şimal”
Göygöl OİK stadionu, 16:30

“Hypers Quba” – “Saatlı Araz”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Lerik” – “Füzuli”
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 17:00

2 sentyabr

“Şəki Siti” – “Şəmkir”
Şəki şəhər stadionu, 16:30.

“Şahdağ Qusar” – “Dinamo”
Şamaxı Olimpiya İdman Kompeksinin stadionu, 16:45.

“Şəfa” – “Qusar”
Bakı. “ASK Arena”, 17:00.

“Ağdaş” – “Kür-Araz”
Ağdaş şəhər stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: