Premyer Liqa: “Şamaxı” 12 oyunluq həsrəti Zirədə bitirdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Zirə” “Şamaxı”nı qəbul edib.

Avropa Konfrans Liqasındakı mübarizəsini davam etdirən Rəşad Sadıqovun komandası Kipr “Omoniya”sı ilə cavab matçı öncəsi “Şamaxı” üzərində qələbə qazanmağı hədəfləmişdi. Amma oyun zirəlilərin istədiyi kimi alınmayıb. Yekunda 3 xala sevinən tərəf “Şamaxı” olub.

Xatırladaq ki, bu komandalar daha öncə milli çempionatda 31 dəfə qarşılaşmışdılar. “Zirə” buna qədər 12, “Şamaxı” isə 6 qələbəyə sevinmişdi, 13 görüşdə qalib müəyyənləşməmişdi. “Şamaxı” 12 matç idi bu rəqiblə oyunlarda qələbə qazanmırdı.

Premyer Liqa
4-cü tur
25 avqust

“Zirə” – “Şamaxı” 0:1
Qol: Leroy Mikels, 16.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka (k), 3. Ange Mutsinzi, 28. Abbas İbrahim, 18. Martins Junior, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 91. Murad Ələkbərov, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 22. Qurban Səfərov, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: