Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Zirə” – “Omoniya” (Kipr) oyununun biletləri bu gün satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Biletlər saat 13:00-dan etibarən satışdadır. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 20 manat təşkil edir.
Satış məntəqələri “Zirə İdman Kompleksi” və “Dalğa Arena”dır.
Xatırladaq ki, avqustun 29-da keçiriləcək “Zirə” – “Omoniya” matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasında ilk matç Kipr klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb.


