“Turan Tovuz”un sol cinah müdafiəçisi Denis Marandiç Moldova milli komandasının heyətinə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, moldovalı futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutan Malta ilə ev oyununun iştirakçısı olub.
Moldova millisi bu oyunda Malta üzərində 2:0 hesablı qələbəyə sevinib. Marandiç start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
27 yaşlı sentyabrın 10-da UEFA Millətlər Liqası çərçivəsində San Marinoya da qarşı oynaya bilər.
Xatırladaq ki, Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 56 oyuna çıxıb, 2 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.
Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 11 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


