“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 5-ci turunun “Bayer”lə qarşıdakı ev oyunu haqda gözləntilərini paylaşıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Hər kəs bu oyunu səbirsizliklə gözləyir. Əlbəttə, son on iki ayın ən yaxşı komandasına qarşı vacib bir oyun olacaq. Biz bunu səbirsizliklə gözləyirik. Heç də həmişə asan olmayacaq. “Alyans Arena”da güclü rəqiblə mübarizə aparmaq istəyirik. “Bayern” həmişə favoritdir. Qələbə qazanmaq istəyirik”, deyə Vensan Kompani vurğulayıb.
Xatırladaq ki, “Bayern” sentyabrın 28-də Bundesliqanın 5-ci turunun mərkəzi görüşündə “Bayer”i qəbul edəcək. Oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.
4 turdan sonra “Bayern” 12 xalla Bundesliqanın yarış cədvəlinin zirvəsində yer alıb. “Bayer” isə 9 xalla 2-ci pillədən Almaniya nəhəngini təqib edir.


