Lüksemburq millisi 13 illik həsrətə son qoydu

Ötən gün DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində səfərdə İrlandiyaya qalib gələn Lüksemburq millisi 13 illik həsrətə son qoyub.

Arena.az xəbər verir ki, sözügedən komanda 85-ci dəqiqədə Jerson Rodriqesin vurduğu yeganə qol sayəsində rəqibini 1:0 hesabı ilə üstələyib.

Bununla da Luksemburq yığması 13 il sonra ilk dəfə səfərdə qələbə qazanıb. Bu komanda sonuncu dəfə 2008-ci ildə İsveçrə ilə səfər oyununda qələbə qazanmışdı. Bir sözlə, Lüksemburq millisi 13 illik həsrətə Jerson Rodriqesin sayəsində son qoya bilib.

Qeyd edək ki, Lüksemburq və İrlandiya yığmaları DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə A qrupunda mübarizə aparırlar. Bu qrupda iki oyun keçirmiş Serbiya və Portuqaliya yığmaları 4 xalla birinci və ikinci pillələri bölüşürsə, xalsız İrlandiya sonuncudu. Cəmi bir oyun keçirmiş Lüksemburq 3 xalla 3-cü sırada qərarlaşıbsa, Azərbaycan millisi də hələ xal hesabını aça bilməyib və 4-cüdür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: