Bekhem Retklifin MY-dəki işinə qiymət verdi

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Devid Bekhem “qırmızı şeytanlar”ın yeni həmsahibi Ser Cim Retkliff haqqında fikrini paylaşıb.

Arena.az xəbər verir ki, hazırda ABŞ klubu “İnter Mayami”nin həmsahibi olan ingilis veteran, İngiltərə yığmasındakı keçmiş komanda yoldaşı Rio Ferdinandın podkastına müsahibəsində bunları söyləyib::

“Düşünürəm ki, müəyyən dəyişiklik mütləq gərək idi. Klubun, necə idarə edilməsi və qərarların qəbulu ilə bağlı yeni baxışa ehtiyac vardı.

Cimi (Ratklifi) bəyənirəm. Bu illər ərzində onunla bir neçə dəfə ortaq dostlar vasitəsilə görüşmüşəm və onun pərəstişkar və böyük iş adamı olduğunu düşünürəm. Azarkeşlərin onun laqeyd olmadığını görmələri vacibdir.

Azarkeşlər bu illər ərzində rəhəbliyin idarəçiliyinə inamı itiriblər. Amma indi, ümidvaram, hər şey dəyişəcək, amma bu, vaxt aparacaq. Biz, “Mançester Yunayted” azarkeşləri bu illər ərzində kifayət qədər səbrli olmuşuq, amma biz o şöhrətli günləri geri qaytarmaq istəyirik. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, deyə Bekhem vurğulayıb.

Əlavə edək ki, hazırda “Mançester Yunayted” tarixinin ən bərbad dövrlərindən birini yaşayır.

8 turdan sonra “Mançester Yunayted” 11 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” son illərdə düşdükləri qeyri-sabitlik girdabından heç cür qurtula bilmirlər. Bu tənəzzülün əzəli həmşəhərliləri “Mançester Siti”nin tərəqqisi mənzərəsində baş verməsi isə “qırmızı şeytanlar”ın azarleşlərini kədərləndirməklə yanaşı, qıcıqlandırır. Əminliklə demək olar ki, Mançester bu gün mavi rəngə boyanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: