“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Almaniya nəhəngi ötən gecə İspaniyada baş tutan səfər oyunundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.
Vensan Kompani matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Barselona”nı təbrik edirəm. Bu, hazırda Avropanın ən yaxşı komandasıdır, ona görə də nəticənin belə olması təəccüblü deyil. Ən sadə təhlil göstərir ki, rəqibin təşəbbüsünü ələ keçirmək üçün oyunda malik olduğumuz topa nəzarətdən istifadə etməli idik. İrəli getmək üçün bir neçə fürsət yaratdıq, amma 90 dəqiqədə ərzində təşəbbüsü ələ ala bilmədik. Nəticə etibarı ilə rəqib bunu bacardıqda və biz isə bacarmadıqda, gərəkli nəzarətin olmamasına görə cəzalandırıldıq”, deyə belçikalı mütəxəssis bildirib.
3 turdan sonra “Bayern” 3 xalla yarış cədvəlinin 24-cü pilləsində qərarlaşıb. “Barselona” isə 6 xalla 13-cü yerdədir.


