Cəlal Hüseynovun yoxluğunda “Arda”dan inamlı qələbə

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Bolqarıstan çempionatının 2024/2025-ci illər mövsümünün 14-cü turu çərçivəsində Sofiya “Lokomotiv”i ilə qarşılaşıb.

“Arda” səfərdə baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 2:0.

Hüseynov bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçi sonadək ehtiyada qalıb.

“Arda” bu nəticədən sonra ölkə çempionatında 24 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. “Lokomotiv” isə 11 xalla 14-cüdür.

Xatırladaq ki, “Arda”ya “Zirə”dən keçmiş Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 46 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: