Elvin Cəfərquliyev üçün “Qarabağ”la 100-cü Premyer Liqa matçı

Futbol üzrə Azərbaycan millisinin də üzvü olan Elvin Cəfərquliyev “Qarabağ”ın heyətində 100-cü çempionat matçına çıxıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 13-cü turunda baş verib.

24 yaşlı müdafiəçi “Zirə” ilə ev qarşılaşmasına start heyətində başlayıb.

Onun Ağdam klubunda debütü 2021/2022 mövsümünə təsadüf edib. Elvin 100 qarşılaşmada 8 qola imza atıb.

Elvin Cəfərquliyev daha öncə “Keşlə” (indiki “Şamaxı”) və “Sumqayıt”da da forma geyinib. Cinah müdafiəçisi “Qarabağ”ın heyətində bütövlükdə 157 oyuna çıxıb, 8 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub.

Cəfərquliyev 2021-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 25 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Yeri gəlmişkən, “Qarabağ”ın futbolçuları Toral Bayramov və Marko Yankoviçə Ağdam klubunun heyətində 100-cü oyunlarını keçirmələri münasibətilə xatirə forması və diplomlar təqdim edilib. Onlar “Zirə” ilə oyundan öncə klubun idarə heyətinin üzvü, “Qarabağ”ın baş direktoru Emrah Çelikel tərəfindən təltif olunublar.

Xatırladaq ki, “Qarabağ” “Zirə” ilə görüşdə 4:0 hesabı ilə qalib gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: