Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Kolos”la qarşılaşıb. “Minay” bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycan yığmasının da üzvü olan futbolçu 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Rüstəm isə 88-ci dəqiqədə meydana buraxılıb.
“Minay” 20 turdan sonra 15 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.
Qeyd edək ki, Rüstəm bu mövsüm 13 oyunda meydana çıxıbsa, Anatoli 18 matçda forma geyinib və 8 qola imza atıb.


