Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 14-cü turu çərçivəsində “Sakaryaspor”la qarşılaşıb.
“Boluspor” səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 5-ci məğlubiyyətidir. Futbolçumuzun komandası digər oyunlarda 6 qələbə qazanıb, 3 heç-heçə edib.
İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
14 turdan sonra “Boluspor” 21 xalla 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. “Sakaryaspor” isə 17 xalla 18-cidir.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 18 matça çıxıb, fərqlənə bilməyib.


