“Araz-Naxçıvan”ın sağ cinah müdafiəçisi Abdulla Rzayev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”lə oyunda iştirak etməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Premyer Liqanın 23-cü turu çərçivəsində “Səbail”lə qarşılaşacaq “Araz-Naxçıvan” bu gün oyundan öncə son məşqini keçirib. “ASK Arena”da baş tutan məşq 1 saata qədər davam edib. Taktiki-texniki hazırlıq prosesində yalnız müalicəsini davam etdirən Abdulla Rzayev iştirak etməyib.
Xatırladaq ki, “Araz-Naxçıvan” Abdulla Rzayevi “Sabah”dan bu mövsümün sonuna kimi icarəyə götürüb. O, Naxçıvan klubunun heyətində 18 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, “Səbail” – “Araz-Naxçıvan” oyunu sabah – fevralın 17-də keçiriləcək. “Bayıl Arena”da baş tutacaq qarşılaşmaya saat 18:30-da start veriləcək.


