Müqavilə ilə “Sabah”a məxsus olan müdafiəçi Abdulla Rzayev icarə əsasında Premyer Liqanın digər təmsilçisi “Turan Tovuz”a keçib.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Rzayev qarşıdakı mövsümdə “Turan Tovuz”un şərəfini qoruyacaq.
“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Abdulla Rzayev Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Turan Tovuz” daha öncə David Tavaresi də heyətinə qatmışdı.
İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyev isə Tovuz klubunu tərk ediblər.


