Abdullah Zubir “Qarabağ”da yubiley qoluna imza atdı

Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir Ağdam klubunun heyətində 40-cı qolunu vurub. Arena.az xəbər verir ki, 30 yaşlı vingerin yubileyi Azərbaycan derbisinə təsadüf edib.

O, Azərbaycan Premyer Liqasının “Neftçi” ilə səfər matçında (4:0) fərqlənib. Abdullah 40-cı qolunu özünün 184-cü oyununda rəqib qapısından keçirib. Zubir ölkə çempionatlarında 29, kubokda 1, avrokuboklarda 10 dəfə rəqib qapısına yol tapıb. Zubir “Qarabağ”da ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə çempionat matçında (4:1) vurub.

Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”ın tarixi ərzində 40 və ya daha çox qol vuran 13-cü futbolçudur.

Mövsümdə ikinci

Yeri gəlmişkən, Azərbaycan Premyer Liqasının 16-cı turunun “Neftçi” – “Qarabağ” oyununu (0:4) 7000 tamaşaçı izləyib. Bu, mövsümün ikinci göstəricisidir.

Bu mövsüm yalnız “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:0) daha çox izləyici qeydə alınıb. 14-cü turun görüşündə 10000 seyrçi olub.

Daha 4 matçda 5000 və ya daha çox tamaşaçı olub. 3-cü turun “Turan Tovuz” – “Qarabağ” (0:2) oyununda 5800, 1-ci turun “Turan Tovuz” – “Qəbələ” (0:2), 3-cü turun “Sabah” – “Neftçi” (2:1) qarşılaşmalarında 5500, 6-cı turun “Turan Tovuz” – “Kəpəz” (2:0) görüşündə 5000 seyrçi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: