19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) əsas qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. Arena.az xəbər verir ki, komandamız bu gün Yunanıstan yığması ilə üz-üzə gəlib.
Yığmamız əvvəlki oyunlarında Fransaya 0:5, qrup oyunlarına ev sahibliyi edən Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla uduzmuşdu. Millimiz sonuncu sınağında da ümidləri doğrultmayıb. İlk dəqiqələrdən üstünlüyə sahib olan nominal qonaqlar yekunda böyükhesablı qələbə qazanıb. Bununla da komandamız AC-də çıxışını başa vurub. Azərbaycan millisi seçmə mərhələni qrup sonuncusi kimi bitirib.
AÇ-2023-ün əsas mərhələsi
5-ci qrup
23 mart
Azərbaycan – Yunanıstan 3:11
Qollar: Rüfət Məmmədli, 26:08. Fərid Abbasov, 29:23. Şahbaz Həndəmli, 39:55 – Panayotis Qriqorakos, 3:17; 12:52. Kiriakos Kountardas, 6:42; 27:48. Konstantinos Pavlidis, 6:58. Konstantinos Papasopulos, 14:30. Gerasimos Tselios, 17:16; 23:25; 27:33. Aleksandros Adamopulos, 19:41. Angelos Georgoyannis, 21:47.
Hakimlər: Martin Koster (Danimarka), Norbert Şilagi (Macarıstan), Nikola Manzione (İtaliya).
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina).
Hakim-inspektor: Antonio Joze Fernandes Kardozo (Portuqaliya).
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya).
Şiroki Briyeq şəhəri, “Pecara” İdman zalı.
Azərbaycan: 12. Sadiq Əlizadə, 6. Rüfət Məmmədli, 7. İlham Alıyev, 10. Fərid Abbasov (k), 14. Kərim Babayev, 1. Əli Quliyev, 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 5. Əhməd İsmayılov, 9. Kənan Rövşəni, 11. Elşən Mahmudov, 13. Şahbaz Həndəmli.
Baş məşqçi: İlqar Aslanov.
Yunanıstan: 1. Panayotis Vlastaras (k), 8. Konstantinos Papasopulos, 9. Aleksandros Adamopulos, 10. Panayotis Qriqorakos, 11. Konstantinos Pavlidis, 12. Marios Qerolimos, 2. Emmanuil Kostakis, 3. Kiriakos Kountardas, 4. Gerasimos Tselios, 5. Georgios Kokkinidis, 6. Angelos Georgoyannis, 7. Konstantinos Stylianopulos.
Baş məşqçi: İoannis Ziavas.


