AÇ-2023: Azərbaycan millisi üçün 14 futzalçı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi martın 9-dan etibarən Bakıda təlim-məşq toplanışına start verəcək. Arena.az xəbər verir ki, Avropa çempionatının (AÇ-2023) əsas mərhələsində iştirak edəcək komandamızın hazırlıq prosesi martın 15-nə qədər davam edəcək.

Baş məşqçi Ağatahir Əzimov yığmanın bu toplanışı üçün 14 futzalçıya dəvət göndərib. Hazırlıq prosesinə dəvət olunmuş futzalçıların siyahısı belədir:

  1. Nahid Abbasov – U-19
  2. Sunay Həsənov – U-19
  3. Fərid Abbasov – Baku Fire
  4. Kənan Rovşani – Baku Fire
  5. Rüfət Məmmədli – Baku Fire
  6. Kərim Babayev – Zirə
  7. Qudrət Qasımzadə – Baku Fire
  8. Şahbaz Həndəmli – U-19
  9. Əhməd İsmayılov – U-19
  10. Nüsrət Fərzəli – U-19
  11. Elşən Mahmudov – U-19
  12. İlham Alıyev – U-19
  13. Sadiq Əlizadə – Baku Fire
  14. Əli Quliyev – ADBTİA

Xatırladaq ki, 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi AÇ-2023-ün əsas mərhələsində Bosniya və Herseqovina, Fransa və Yunanıstan yığmaları ilə qarşılaşacaq. Millimizin yer aldığı 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq. Yığma komandamızın oyunlarının təqvimi belədir:

22 mart
Fransa – Azərbaycan
Şiroki Briyeq şəhəri, “Pecara” idman zalı. Saat 20:00.

23 mart
Bosniya və Herseqovina – Azərbaycan
Şiroki Briyeq şəhəri, “Pecara” idman zalı. Saat 23:00.

25 mart
Azərbaycan – Yunanıstan
Şiroki Briyeq şəhəri, “Pecara” idman zalı. Saat 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: