AÇ-2024: İsrail millisinin təxirə salınmış oyunlarının vaxtı bilindi

İsrail yığmasının AÇ-2024-ün seçmə mərhələsində Kosovo və İsveçrə ilə təxirə salınmış oyunlarının yeni tarixlər müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

İsrail yığmasının Kosovo yığması ilə oktyabrın 15-də baş tutmalı olan oyunu noyabrın 12-də keçiriləcək. İsveçrə yığması ilə oyun isə üç gün sonra, noyabrın 15-də keçirəcək. Bundan başqa, noyabrın 23-ü və 26-da qadınlar arasında UEFA Millətlər Liqası çərçivəsində İsrail və Qazaxıstan yığmaları arasında oyunlar keçiriləcək.

Xatırladaq ki, UEFA bundan əvvəl Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar 2024-cü il Avropa çempionatına təsnifat mərhələsi çərçivəsində İsrail yığmasının İsveçrə və Kosovo yığmaları ilə oyunlarını təxirə salmışdı.

AÇ-2024-ün seçmə mərhələsinin “I” qrupunda İsrail yığması 6 oyundan 11 xalla 3-cü yerdə qərarlaşıb. Rumıniya yığması 8 oyundan 16 xalla qrupun lideridir. 7 oyundan 15 xal toplamış İsveçrə yığması 2-ci pillədə yer alıb. Hər iki komanda məğlubiyyətsiz nəticə göstəriblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: