AÇ-2024: İsveçrə İsrail üzərində qələbəni əldən verdi

Futbol üzrə Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsinin 7-ci turundan təxirə salınmış İsrail – İsveçrə oyunu bu gün baş tutub.

Arena.az xəbər verir ki, qarşılaşma məlum səbəblərdən İsraildə yox, Macarıstandakı “Panço Arena”da keçirilib.

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Hesabı ilk yarıda İsveçrə yığması açıb. Amma İsrail millisi matçın son dəqiqələrində məğlubiyyətdən xilas olmağı bacarıb.

AÇ-2024-ün seçmə mərhələsi
İ qrupu
15 noyabr

İsrail – İsveçrə 1:1
Qollar: Vaysmann, 88 – Varqas, 36.

Xal: İsveçrə – 16. Rumıniya – 16. İsrail – 12. Kosovo – 10. Belarus – 6. Andorra – 2.

Xəbəri sosial şəbəkələrdə paylaş: