Macarıstan və İsveçrə yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
İştirakçılar hər birində 4 komanda olmaqla 8 qrupa bölünüblər.
2-ci oyun gününün ilk görüşü A qrupu çərçivəsində Macarıstan və İsveçrə yığmaları arasında baş tutub. Dörd qolun qeydə alındığı oyunda İsveçrə yığması qalib gəlib.
Qeyd edək ki, bu gün daha iki oyun baş tutacaq. B qrupunun ilk görüşündə İspaniya və Xorvatiya milliləri üz-üzə gələcəklər. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək. Qrupun digər matçında İtaliya və Albaniya milliləri qarşı-qarşıya gələcəklər. Oyun saat 23:00-da start götürəcək.
Avropa çempionatının açılış matçında isə ötən gün ev sahibi Almaniya millisi Şotlandiya yığması üzərində 5:1 hesablı qələbə qazanmışdı.
AÇ-2024
A qrupu
15 iyun
Macarıstan – İsveçrə 1:3
Qollar: Kvadvo Dua, 12. Mişel Ebişer, 45. Bril Embolo, 90+3 – Barnabaş Varqa, 66.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, “Reyn Enerqi” stadionu.


