AÇ-2024: “Qarabağ”ın qapıçısı Gürcüstan millisində!

Futbol üzrə Gürcüstan yığma komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək yekun heyəti açıqlanıb.

Arena.az bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Fransadan olan baş məşqçi Villi Sanyol Gürcüstan milli komandasına 26 futbolçu çağırıb.

Milliyə dəvət alanlar arasında Azərbaycan çempionu “Qarabağ”ın formasını geyinən qapıçı Luka Quqeşaşvili də var.

Qapıçılar: Georgi Mamardaşvili (“Valensiya”, İspaniya), Georgi Loriya (“Dinamo”, Tiflis), Luka Quqeşaşvili (“Qarabağ”, Azərbaycan);

Müdafiəçilər: Solomon Kverkveliya (“Əl-Oxdud”, Səudiyyə Ərəbistanı), Georgi Qvelesiani (“Persepolis”, İran), Quram Kaşiya (“Slovan”, Slovakiya), Cemal Tabidze (“Penetolikos”, Yunanıstan), Laşa Dvali (APOEL, Kipr), Luka Loçoşvili (“Seremones”, İtaliya), Otar Kakabadze (“Krakoviya”, Polşa), Georgi Qoçoleişvili (“Şaxtyor”, Donetsk, Ukrayna), Georgi Sitaişvili (“Dinamo”, Kiyev, Ukrayna);

Yarımmüdafiəçilər: Nika Kvekveskiri (“Lex”, Polşa), Georgi Çakvetadze (“Dinamo”, Batumi), Anzor Mekvabişvili (“Krayova”, Polşa), Georgi Kankava (“Lex”, Polşa), Otar Kiteişvili (“Ştrum”, Avstriya), Levan Şengeliya (“Panetolikos”, Yunanıstan), Sandro Altunaşvili (“Volfsburq”, Almaniya), Saba Lobjanidze (“Atlanta Yunayted”, ABŞ);

Hücumçular: Budu Zivzivadze (“Karlsrue”, Almaniya), Georgi Mikutadze (“Mets”, Fransa), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya), Zuriko Davitaşvili (“Bordo”, Fransa), Georgi Kvilitaiya (APOEL, Kipr)

Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

Gürcüstan yığması “F” qrupunda Çexiya, Türkiyə və Portuqaliya yığmaları ilə mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: