19 yaşadək qızlardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Arena.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu milli komandamız üçüncü oyununda Moldova yığması ilə üz-üzə gəlib.
Əvvəlki oyunlarından məğlubiyyətlə ayrılmış U-19 millimiz bu oyunda nəhayət ki, xal hesabını aça bilib. Matç qolsuz yekunlaşıb. Nəticədə Azərbaycan yığması seçmə mərhələni qol vurmadan, amma 1 xalla və sonuncu pillədə başa vurub.
Xatırladaq ki, Avropa çempionatının seçmə mərhələsinin oyunları UEFA Millətlər Liqası formatında təşkil olunub. Azərbaycan yığması B Liqasının 3-cü qrupunda Kosovo, Sloveniya və Moldova ilə mübarzə aparıb. Bu qrupun oyunları Sloveniyada baş tutub. Millimiz qrupdakı əvvəlki oyunlarında Kosovoya 0:3, Sloveniyaya 0:9 hesabıyla uduzmuşdu.
AÇ-2024-ün seçmə mərhələsi
B Liqası, 3-cü qrup
14 noyabr
Moldova – Azərbaycan 0:0
Baş hakim: Luize Tompson (Şimali İrlandiya).
Baş hakimin köməkçiləri: Reyçel Smit (Şimali İrlandiya), Kaya Şkrban (Sloveniya).
Dördüncü hakim: Vanya Yankoviç (Sloveniya).
Breziçe. Saat 15:00.
Moldova: 1. Denisa Bojenco, 2. Marqareta Onofraş (19. Sabina Dontu, 63), 3. Yekaterina Lazar (20. Xenia Suslova, 46), 4. Qabriela Pintea, 6. Vladlena Erdea, 8. Dina Burak, 9. Feleçia Qutu (k), 10. Milena Tihonçyuk (5. Tatiana Colibaş, 46), 14. Loredana Qametçaya, 15. Amina Dontu, 18. Roksana Moisyuk.
Ehtiyat oyunçular: 12. Anastasiya Naqoreançi, 7. Arina Seicaş, 11. Anastasiya Smirnova, 16. Mirela Leahu.
Baş məşqçi: Aleksandra Bocancea.
Azərbaycan: 1. Nailə Əliyeva, 3. Aydan Həsənova (2. Mələk Hacıyeva, 21), 4. Lalə Abbaszadə, 5. Fatiməyi Zəhra Hüseynli, 6. Aytac Mirzəyeva (k), 7. Buse Nur Kocabey, 8. Səma Həsənli (14. Aydan Əkbərova, 29), 9. Şəkər Piriyeva, 10. Röya Əliyeva, 11. Müjgan Seyidova, 17. İntizar Haqverdiyeva.
Ehtiyat oyunçular: 12. Mehriban Şahməmmədova, 22. Güləsər İsmayılova, 13. Fatimə Əhmədova, 16. Aysel Ziyadova, 18. Aysu Murtuzayeva, 19. Fidan Abışova.
Baş məşqçi: Həbib Ağayev.
Xal: Sloveniya – 9. Kosovo – 6. Moldova – 1. Azərbaycan – 1.


