19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz seçmə mərhələnin 2-ci raundu çərçivəsində B Liqasının 4-cü qrupunda bu gün Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Latviyanın Salaspils şəhərindəki “Slaspils BSS” stadionunda keçirilən oyun millimizin 0:1 hesblı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Monteneqroya da 0:4 hesabıyla uduzmuşdu. Millimiz turnirdə növbəti oyununu aprelin 9-da meydan sahibi Latviya yığmasına qarşı keçirəcək. “LNK Sporta Parks” stadionunda baş tutacaq bu oyuna saat 16:00-da start veriləcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 4-cü qrup
6 aprel
Bolqarıstan – Azərbaycan 1:0
Qol: Preslava Yordanova, 11.
Baş hakim: Vesna Miletiç (Bosniya və Herseqovina).
“Salaspis BSS” stadionu. Saat 15:00.
Bolqarıstan: 1. Kristina Kabova, 9. Viktoriya Svetkova, 3. Biyanka Demirova, 11. Rona Mihaylova, 4. Aleksandra Marinova (8. Plamena Pençva, 60), 5. Viktoriya Genova (14. Teodora Paraskevova, 78), 7. Antonia Angelova (13. Preslava İvanova, 60), 10. Daniela Krayçeva, 22. Preslava Yordanova (18. İveta Andreyçeva, 86), 15. Polina Demirova, 19. Aleksandra Sergeyeva.
Ehtiyat oyunçular: 12. Martine İliyeva, 2. Sevil Hicabi, 6. Betris Koseva, 17. Silviya Naydenova, 21. Teodora Todorova.
Baş məşqçi: Troyan Radulov.
Azərbaycan: 22. Mehriban Şahməmmədova, 4. Lalə Abbaszadə, 2. Mələk Hacıyeva, 5. Fatimeyi-Zəhra Hüseynli, 3. Aydan Həsənova, 6. Aytac Mirzəyeva, 7. Busa Nur Kocabey (16. Aysel Ziyadova, 61), 11. Müjgan Seyidova, 17. İntizar Haqverdiyeva, 10. Röya Əliyeva (14. Aydan Əkbərova, 90+3), 9. Şəkər Piriyeva.
Ehtiyat oyunçular: 1. Nailə Əliyeva, 12. Güləsər İsmayılova, 8. Səma Həsənli, 13. Fatimə Əhmədova, 18. Aysu Murtuzayeva, 19. Fidan Abışova.
Baş məşqçi: Həbib Ağayev.


