19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz seçmə mərhələnin 2-ci raundu çərçivəsində B Liqasının 4-cü qrupunda bu gün Latviyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Qeyd edək ki, bu qrupun oyunlarına məhz Latviya ev sahibliyi edir. Sözügedən ölkənin yığması millimizlə oyunda 4 cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, Azərbaycan millisi ilk turda Monteneqroya da 0:4 hesabıyla uduzmuşdu. Millimiz 2-ci turda Bolqarıstana 0:1 hesabıyla məğlub olmuşdu. Beləcə, hər üç oyunundan məğlub ayrılmış millimiz qrup sonuncusu olub.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 4-cü qrup
9 aprel
Azərbaycan – Latviya 0:4
Qollar: Nikola Preyere, 5.Ameliya Lipşan, 32. Alina Anson, 35. Marina Telukevitsa, 45+2-pen.
Baş hakim: Olivia Şon (Avstriya).
LNK Sporta Parks Stadionu. Saat 14:00.
Azərbaycan: 22. Mehriban Şahməmmədova, 4. Lalə Abbaszadə, 2. Mələk Hacıyeva, 5. Fatimeyi-Zəhra Hüseynli, 3. Aydan Həsənova, 7. Busa Nur Kocabey, 16. Aysel Ziyadova (13. Fatimə Əhmədova, 10 / 18. Aysu Murtuzayeva, 70), 11. Müjgan Seyidova, 17. İntizar Haqverdiyeva, 10. Röya Əliyeva, 9. Şəkər Piriyeva.
Ehtiyat oyunçular: 1. Nailə Əliyeva, 12. Güləsər İsmayılova, 8. Səma Həsənli, 14. Aydan Əkbərova, 19. Fidan Abışova, 6. Aytac Mirzəyeva.
Baş məşqçi: Həbib Ağayev.
Latviya: 12. Madara Matrevitsa, 14. Marina Telukevitsa, 18. Tina Samane (3. Loreta Auzina, 46), 15. Anna Hropataya, 4. Monta Şçuka, 10. Ameliya Lipşan, 11. Sofiya Qluşçuka, 9. Alisa Gindra (6. Evelina Yaunslavite, 46), 17. Nikola Preyere, 7. Alina Anson, 13. Santa Vuşkan.
Ehtiyat oyunçular: 1. Elza Strazdina, 2. Kristiana Punqa, 5. Eliza Sipola, 8. Daniela Miluna, 16. Elya Veiland, 19. Katrina Auqustan, 20. Patrisiya Brazauska.
Baş məşqçi: Lien Vasiet.


