AÇ: U-19 və U-17 yığmalarımızın rəqibləri məlum oldu

Azərbaycanın qadınlardan ibarət U-19 yığmasının növbəti Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bu gün final mərhələsi 2025-ci ildə Litvada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Mərasimdə 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin də növbəti rəqibləri müəyyənləşib. Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında U-19 millimiz 4-cü qrupda Monteneqro, Bolqarıstan və Latviya yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2024-cü ilin 3, 6, 9 aprel tarixlərində Latviyada təşkil olunacaq. İlkin mərhələdə B Liqasının qrup qalibləri A Liqasına vəsiqə qazanacaq.

Final mərhələsi 2025-ci ildə İsveçdə təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Millimiz B Liqasında Bolqarıstan, Sloveniya və Moldova yığmaları ilə birlikdə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları gələn il 14, 17, 20 mart tarixlərində Bolqarıstanda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: