Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 1-ci turu “Neftçi”nin baş məşqçisi Adrian Mutu üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis ötən gün Azərbaycan çempionatında baş məşqçi kimi debüt edib.
O, “Neftçi”ni “Kəpəz”lə səfər oyununa çıxarıb. Mutunun debütü uğursuz alınıb. Gəncəlilər öz meydanında 1:0 hesabı ilə qalib gəliblər.
Mutu Azərbaycan çempionatları tarixinə 61-ci legioner baş məşqçi kimi düşüb. O, Premyer Liqa tarixində 4-cü rumıniyalı olub. Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Regekampf da Azərbaycan çempionatında çalışıb.
Mutu “Neftçi”nin tarixində 6-cı əcnəbi mütəxəssisdir. Ona qədər Anatoli Demyanenko, Hans-Yurgen Gede, Vlastimil Petrjela, Roberto Bordin və Laurentsiu Regekampf “ağ-qaralar”a rəhbərlik edib.
Xatırladaq ki, Adrian Mutu “Neftçi”nin baş məşqçi postunda bu yay həmyerlisi Laurentsiu Regekampfı əvəz edib.


