AFFA “Sabah” – “Neftçi” matçı ilə bağlı araşdırma aparacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan “Sabah” – “Neftçi” matçının hakimlərinin işi ilə bağlı aşadırma aparılacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq), qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.

2:2 hesabıyla bitən “Sabah” – “Neftçi” matçında baş hakim Vüqar Həsənli “Sabah”ın üç futbolçusuna qırmızı vərəqə göstərib, meydan sahiblərinin qapısına mübahisəli penalti təyin edib. O, həm də oyunun sonlarına yaxın qonaqların qolunu saymamaqla diqqət mərkəzinə düşüb. Bu üzdən də hər iki klub sözügedən referinin idarəçiliyindən narazılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: