Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.
Arena.az məlumat verir ki, yanvarın 27-də 1/8 final mərhələsinə start verilib.
Bu gün iki qarşılaşma baş tutub. İlk oyun Anqola və Namibiya yığmaları arasında keçirilib. Rəqibini 3 cavabsız qolla məğlub edən anqolalılar ilk 1/4 finalçı olublar.
Nigeriya yığması isə əsas rəqiblərindən olan Kamerunla üz-üzə gəlib. İki cavabsız qolla qalib gələn nigeriyalılar da növbəti mərhələyə yüksəliblər.
Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.
Afrika Millətlər Kuboku
1/8 final
27 yanvar
Anqola – Namibiya 3:0
Qollar: Jelson Dala, 38; 42. Mabululu, 66.
Nigeriya – Kamerun 2:0
Qollar: Lukman, 36; 90.
28 yanvar
21:00. Ekvatorial Qvineya – Qvineya
00:00. Misir – Konqo DR
29 yanvar
21:00. Kabo Verde – Mavritaniya
00:00. Seneqal – Kot-d’İvuar
30 yanvar
21:00. Mali – Burkina Faso
00:00. Mərakeş – Cənubi Afrika


