Afrika Millətlər Kuboku: Konqo və Nigeriya yarımfinalda!

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, fevralın 2-də 1/4 final mərhələsinin ilk iki oyunu baş tutub.

Əvvəlcə, Nigeriya və Anqola yığmaları üz-üzə gəliblər. Nigeriyalılar minimal hesabla qalib gəlməklə ilk yarımfinalçıya çevriliblər.

Konqo Demokratik Respublikası yığması da Qvineya ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda sevinən tərəf konqolular olublar.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.

Afrika Millətlər Kuboku
1/4 final
2 fevral

Nigeriya – Anqola 1:0
Qol: Lukman, 41.

Konqo DR – Qvineya 3:1
Qollar: Mbemba, 27. Vissa, 65-pen. Masuaku, 82 – Bayo, 20-pen.

3 fevral

21:00. Mali – Kot-d’İvuar
00:00. Kabo Verde – Cənubi Afrika

Xəbəri sosial şəbəkələrdə paylaş: