Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.
Arena.az məlumat verir ki, yanvarın 16-da qrup mərhələsinin ilk turu çərçivəsində daha üç qarşılaşma baş tutub.
“D” qrupunda yer almış Burkina Faso millisi Mavritaniya yığmasıyla oyunda tək qolla vacib qələbə qazanıb.
“E” qrupunda isə Tunis gözlənilmədən Namibiyaya eyni hesabla məğlub olub. Bu qrupun digər favoritlərindən olan Mali və Cənubi Afrika yığmalarının duelində isə birincilər inamlı qələbəyə seviniblər.
Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 1-ci tur
16 yanvar
D qrupu
Burkina Faso – Mavritaniya 1:0
Qol: B.Traore, 90+6.
E qrupu
Tunis – Namibiya 0:1
Qol: D.Hotto, 88.
Mali – Cənubi Afrika 2:0
Qollar: H.Traore, 60. L.Sinayoko, 66.


