Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.
Arena.az məlumat verir ki, yanvarın 29-da 1/8 final mərhələsinin növbəti iki oyunu baş tutub.
“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması Mavritaniya ilə qarşılaşıb. Son dəqiqələrdə vurulan qolla qalib gəlmiş Andradenin komandası 1/4 finala yüksəlib. Amma Patrik bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Günün digər oyunu meydan sahibi Kot-d’İvuar ilə Seneqal yığmaları arasında keçirilib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da hesab dəyişməz qalıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Kot-d’İvuar yığması 1/4 finala çıxıb.
Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.
Afrika Millətlər Kuboku
1/8 final
27 yanvar
Anqola – Namibiya 3:0
Qollar: Jelson Dala, 38; 42. Mabululu, 66.
Nigeriya – Kamerun 2:0
Qollar: Lukman, 36; 90.
28 yanvar
Ekvatorial Qvineya – Qvineya 0:1
Qol: Bayo, 90+8.
Misir – Konqo DR 1:1 (penaltilər 7:8)
Qollar: M.Məhəmməd, 45+1-pen – Elia, 37.
29 yanvar
Kabo Verde – Mavritaniya 1:0
Qol: R.Mendes, 88-pen.
Seneqal – Kot-d’İvuar 1:1 (penaltilər 4:5)
Qollar: Diallo, 4 – Kessye, 86-pen.
30 yanvar
21:00. Mali – Burkina Faso
00:00. Mərakeş – Cənubi Afrika


