Afrika Millətlər Kuboku: Qvineya və Konqo da 1/4 finalda

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, yanvarın 28-də 1/8 final mərhələsinin növbəti iki oyunu baş tutub.

Ekvatorial Qvineya ilə qarşılaşan Qvineya yığması minimal hesabla qalib gələrək 1/4 finala yüksəlib.

Günün digər oyunu Misir və Konqo Demokratik Rrespublikası arasında baş tutub. Əsas vaxtı 1:1 hesabıyla yekunlaşmış bu matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Konqo yığması növbəti mərhələyə yüksəlib.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.

Afrika Millətlər Kuboku
1/8 final
27 yanvar

Anqola – Namibiya 3:0
Qollar: Jelson Dala, 38; 42. Mabululu, 66.

Nigeriya – Kamerun 2:0
Qollar: Lukman, 36; 90.

28 yanvar

Ekvatorial Qvineya – Qvineya 0:1
Qol: Bayo, 90+8.

Misir – Konqo DR 1:1 (penaltilər 7:8)
Qollar: M.Məhəmməd, 45+1-pen – Elia, 37.

29 yanvar

21:00. Kabo Verde – Mavritaniya
00:00. Seneqal – Kot-d’İvuar

30 yanvar

21:00. Mali – Burkina Faso
00:00. Mərakeş – Cənubi Afrika

Xəbəri sosial şəbəkələrdə paylaş: