Afrika Millətlər Kuboku: Seneqal darmadağınla başladı

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, yanvarın 15-də qrup mərhələsinin ilk turu çərçivəsində daha üç qarşılaşma baş tutub.

“C” qrupu çərçivəsində Seneqal yığması Qambiyanı 3 cavabsız qolla yenib. Qrupun digər oyunu Kamerun və Qvineya yığmaları arasında baş tutub. Bu oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“D” qrupunda isə Əlcəzair və Anqola yığmalarının oyununda qalib müəyyənləşməyib.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 1-ci tur
15 yanvar

C qrupu

Seneqal – Qambiya 3:0
Qollar: P.Qeye, 4. L.Kamara, 52; 86.

Kamerun – Qvineya 1:1
Qollar: F.Maqri, 51 – M.Bayo, 10.

D qrupu

Əlcəzair – Anqola 1:1
Qollar: B.Bunedja, 18 – Mabululu, 68-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: