Afrika Millətlər Kuboku: Tunis və Malidən heç-heçə

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, yanvarın 20-də qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.

Bu gün də üç qarşılaşma baş tutub. Günün ilk matçı D qrupunda yer almış Əlcəzair və Burkina Faso yığmaları arasında keçirilib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Qrupun digər oyunu daha məhsuldar alınıb. Beş qolun qeydə alındığı görüşün sonunda Anqola yığması çətin qələbəyə sevinib.

Bu gün E qrupunun daha bir oyunu keçirilib. Tunis və Mali yığmaları arasındakı oyunda tərəflər “sülh”ə razılaşıblar.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 2-ci tur
20 yanvar

D qrupu

Əlcəzair – Burkina Faso 2:2
Qollar: Bunedja, 51; 90+5 – Konate, 45+3. B.Traore, 71-pen.

Mavritaniya – Anqola 2:3
Qollar: Amar, 43. Koita, 58 – J.Dala, 30; 60. Jilberto, 53.

Xallar: Anqola – 4. Burkina Faso – 4. Əlcəzair – 2. Mavritaniya – 0.

E qrupu

Tunis – Mali 1:1
Qollar: Rafia, 20 – Sinayoko, 10.

Xallar: Mali – 4. Namibiya – 3. Tunis – 1. Cənubi Afrika – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: