Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə yekun vuruldu

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə Fil Dişi Sahili yığması Misir millisi ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Misir yığması 1/4 finala vəsiqə qazanıb.

Günün digər matçı Mali və Ekvatorial Qvineya yığmaları arasında keçirilib. Bu oyunda da əsas və əlavə vaxt qolsuz bitib. Sonda penaltilər seriyasından qalib ayrılan Ekvatorial Qvineya yığması sonuncu 1/4 finalçı olub.

Afrika Millətlər Kuboku
1/8 final
23 yanvar

Burkina Faso – Qabon 1:1 (penaltilər 7:6)
Qol: Traore, 28 – Quira, 90+1-öz qapısına.

Nigeriya – Tunis 0:1
Qol: Msakni, 47.

24 yanvar

Qvineya – Qambiya 0:1
Qol: Barrou, 71.

Kamerun – Komor adaları 2:1
Qol: Ekambi, 29. Abubakar, 70 – Çanqama, 81.

25 yanvar

Seneqal – Kabo Verde 2:0
Qol: Mane, 63. Dienq, 90+2.

Mərakeş – Malavi 2:1
Qol: En Nesiri, 45+2. Hakimi, 70 – Mhanqo, 7.

26 yanvar

Fil Dişi Sahili – Misir 0:0 (penaltilər 4:5)

Mali – Ekvatorial Qvineya 0:0 (penaltilər 5:6)

Xatırladaq ki, Afrika Millətlər Kubokunda daha öncə Burkina Faso, Tunis, Qambiya, Kamerun, Seneqal və Mərakeş yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi. Beləliklə, növbəti mərhələdə aşağıdakı komandalar üz-üzə gələcəklər:

29 yanvar

Qambiya – Kamerun
Burkina Faso – Tunis

30 yanvar

Misir – Mərakeş
Seneqal – Ekvatorial Qvineya

Xəbəri sosial şəbəkələrdə paylaş: