Afrika Millətlər Kubokunda 1/8 finala yekun vuruldu

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün 1/8 mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əlcəzair yığması Konqo Demokratik Respublikası millisinə minimal hesabla qalib gələrək 1/4 finala yüksəlib.

Kot-d’İvuar millisi isə Burkina Faso ilə görüşdə darmadağına sevinib.

Beləliklə, bütün 1/4 finalçıların adına aydınlıq gəlib. Yarımfinala vəsiqə uğrunda Mali Seneqalla, Kamerun Mərakeşlə, Əlcəzair Nigeriya ilə, Misir isə Kot-d’İvuarla mübarizə aparacaq.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
1/8 final mərhələsi
3 yanvar

Seneqal – Sudan 3:1
Qollar: Qeye, 29; 45+3. Mbaye, 77 – A.Abdalla, 6.

Mali – Tunis 1:1 (penaltilər 3:2)
Qollar: Sinayoko, 90+6-pen – Şauat, 88.

4 yanvar

Mərakeş – Tanzaniya 1:0
Qol: B.Dias, 64.

CAR – Kamerun 1:2
Qollar: Makqopa, 88 – Tçamaeu, 34. Kofane, 47.

5 yanvar

Misir – Benin 3:1
Qollar: Attia, 69. Y.İbrahim, 97. Salah, 120+4 – Dossu, 83.

Nigeriya – Mozambik 4:0
Qollar: Lukman, 20. Osimhen, 25; 47. A.Adams, 75.

6 yanvar

Əlcəzair – Konqo DR 1:0
Qol: Bulbina, 119.

Kot-d’İvuar – Burkina Faso 3:0
Qollar: A.Diallo, 20. Dyomande, 32. B.Ture, 87.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: