Afrika Millətlər Kubokunda “bürünc”ün sahibi bəlli oldu

Bu gün futbol üzrə Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda oyun keçirilib. Arena.az xəbər verir ki, bürünc medalın taleyinə Niger və Madaqaskar yığmaları arasında baş tutan matçda aydınlıq gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Madaqaskar yığması 89-cu dəqiqədə vurulan yeganə qol sayəsində Afrika Millətlər Kubokunda bürünc medalların sahibinə çevrilib.

İlk dəfədir Əlcəzairdə təşkil olunmuş qitə birinciliyində mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq. Həlledici oyunda Əlcəzair yığması Seneqal millisiylə üz-üzə gələcək.

Afrika Millətlər Kuboku
3-cü yer uğrunda oyun
3 fevral

Niger – Madaqaskar 0:1
Qol: Razafindrakoto, 89.

Final
4 fevral

20:30. Əlcəzair – Seneqal

Xəbəri sosial şəbəkələrdə paylaş: