Afrika Millətlər Kubokunda bütün iştirakçılar bəlli oldu

2024-cü ildə keçiriləcək futbol üzrə Afrika Millətlər Kubokunda iştirak edəcək bütün komandalar müəyyənləşib.

Arena.az xəbər verir ki, son olaraq Kamerun və Namibiya yığma komandaları final mərhələsinə vəsiqə qazanıblar.

Onlara qədər daha 21 komanda Afrika Millətlər Kubokunun final mərhələsinə vəsiqəni təmin etmişdi. Fil Dişi Sahili yığması isə bu turnirdə ev sahibi kimi iştirak hüququ qazandığına görə seçmə mərhələdə iştirak etməyib.

Beləliklə, 2024-cü ildə keçiriləcək Afrika Millətlər Kubokunda bu komandalar iştirak edəcəklər:

Nigeriya, Qvineya Bissau, Burkina Faso, Kabo Verde, Kamerun, Namibiya, Misir, Qvineya, Qana, Anqola, Əlcəzair, Tanzaniya, Mali, Qambiya, Fil Dişi Sahili, Zambiya, Konqo DR, Mavritaniya, Tunis, Ekvatorial Qvineya, Mərakeş, Cənubi Afrika, Seneqal, Mozambik.

Oktyabrın 12-də Afrika Millətlər Kubokunun final mərhələsinin püşkatma mərasimi keçiriləcək. 24 iştirakçı hərəsində 4 komanda olmaqla 6 qrupa bölünəcək.

Turnirin final mərhələsi 2024-cü il yanvarın 13-də başlayacaq və fevralın 11-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: