Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
İlk oyunda Burkina Faso yığması ilə Qabon millisi qarşılaşıb. Oyunun əsas vaxtı heç-heçə bitib. Cütün qalibi isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Burkina Faso 1/4 finala yüksəlib.
Günün digər matçında Nigeriya və Tunis milliləri üz-üzə gəlib. Minimal hesabla qalib gələn tunislilər də növbəti mərhələyə çıxıblar.
Afrika Millətlər Kuboku
1/8 final
23 yanvar
Burkina Faso – Qabon 1:1 (penaltilər 7:6)
Qol: Traore, 28 – Quira, 90+1-öz qapısına.
Nigeriya – Tunis 0:1
Qol: Msakni, 47.
24 yanvar
Qvineya – Qambiya
Kamerun – Komor adaları
25 yanvar
Seneqal – Kabo Verde
Mərakeş – Malavi
26 yanvar
Fil Dişi Sahili – Misir
Mali – Ekvatorial Qvineya


