Afrika Millətlər Kubokunda ilk finalçı bəlli oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Kamerunda baş tutan ilk yarımfinal görüşündə Seneqal və Burkina Faso yığmaları üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə sevinən seneqallılar finala yüksəliblər.

Afrika Millətlər Kubokunda digər finalçının adına Kamerun və Misir yığmaları arasında baş tutacaq görüşdə aydınlıq gələcək.

Afrika Millətlər Kuboku
Yarımfinal
2 fevral

Burkina Faso – Seneqal 1:3
Qol: Ture, 82 – Diallo, 70. Geye, 76. Mane, 87.

3 fevral

23:00. Kamerun – Misir

Xəbəri sosial şəbəkələrdə paylaş: