Afrika Millətlər Kubokunda ilk yarımfinalçılar müəyyənləşdi

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün 1/4 mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutub.

İlk oyun Mali və Seneqal yığmaları arasında keçirilib. Seneqal futbolçuları yeganə qol sayəsində qələbə qazanaraq ilk yarımfinalçı olub.

Günün digər oyunu Kamerun yığması ilə qitə birinciliyinə ev sahibliyi edən Mərakeş millisi arasında baş tutub. Meydan sahibləri inamlı qələbə sayəsində növbəti yarımfinalçı olublar.

1/4 finalın qalan oyunları bu gün keçiriləcək.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
1/8 final mərhələsi
9 yanvar

Mali – Seneqal 0:1
Qol: Ndiaye, 27.

Kamerun – Mərakeş 0:2
Qollar: B.Dias, 26. Saibari, 74.

10 yanvar

20:00. Əlcəzair – Nigeriya
23:00. Misir – Kot-d’İvuar

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: