Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin üçüncü oyun günündə daha bir qarşılaşma baş tutub.
Qana milli komandası ilk oyununda Madaqaskar yığması ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda Madaqaskar millisi sürpriz qələbəyə sevinib.
Bu qrupun digər matçında Mərakeş və Sudan yığmaları qarşılaşmalı idi. Lakin Mərakeş millisi Əlcəzairlə siyasi problemlərə görə bu ölkəyə gəlmədiyindən, bu qarşılaşma baş tutmayıb.
İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
C qrupu
15 yanvar
Madaqaskar – Qana 2:1
Qol: Razafidranaivo, 45+2. Randriantsiferana, 61 – Aqyaponq, 67.


