Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin səkkizinci oyun günündə daha iki qarşılaşma baş tutub.
D qrupu çərçivəsində Anqola və Mavritaniya, E qrupunda isə Konqo Demokratik Respublikası ilə Niger yığmaları üz-üzə gəliblər. Hər iki oyun qolsuz yekunlaşıb.
İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
20 yanvar
D qrupu
Anqola – Mavritaniya 0:0
Xal: Anqola – 2. Mali – 1. Mavritaniya – 1.
E qrupu
Konqo DR – Niger 0:0
Xal: Kamerun – 3. Niger – 1. Konqo DR – 1.


