Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, geridə qalan 12 gün ərzində 6 qrup üzrə 36 qarşılaşma baş tutub.
Sonuncu oyun günündə E qrupunda Fil Dişi Sahili yığması Əlcəzairə qalib gəlibsə, Ekvatorial Qvineya da Syerra Leonedən güclü olub. Yekunda ilk iki pilləni tutan Fil Dişi Sahili ilə Ekvatorial Qvineya yığmaları növbəti mərhələyə yüksəlib.
F qrupunda Qambiya Tunis millisini son dəqiqə qolu ilə məğlub edib. Mali isə Mavritaniya üzərində inamlı qələbəyə sevinib. Bu qrupdan Mali birinci, Qambiya ikinci yerlə növbəti mərhələyə yüksəlib.
Daha öncə Kamerun, Burkina Faso, Seneqal, Qvineya, Mərakeş, Qabon, Nigeriya və Misir yığmaları da pley-offa vəsiqə qazanmışdı. Bu komandalarla yanaşı, daha yaxşı göstəricilərə malik dörd qrup üçüncüsü də növbəti mərhələyə yüksəlib. Bunlar Malavi, Kabo Verde, Tunis və Komor adaları yığmalarıdır.
Afrika Millətlər Kuboku
20 yanvar
A qrupu
Kamerun – Burkina Faso 2:1
Efiopiya – Kapo Verde 0:1
Kamerun – Efiopiya 4:1
Kabo Verde – Burkina Faso 0:1
Burkina Faso – Efiopiya 1:1
Kabo Verde – Kamerun 1:1
Xal durumu: Kamerun – 7, Burkina Faso – 4, Kabo Verde – 4, Efiopiya – 1.
B qrupu
Seneqal – Zimbabve 1:0
Qvineya – Malavi 1:0
Seneqal – Qvineya 0:0
Malavi – Zimbabve 2:1
Zimbabve – Qvineya 2:1
Malavi – Seneqal 0:0
Xal durumu: Seneqal – 5, Qvineya – 4, Malavi – 4, Zimbabve – 3.
C qrupu
Mərakeş – Qana 1:0
Komor adaları – Qabon 0:1
Mərakeş – Komor adaları 2:0
Qabon – Qana 1:1
Qabon – Mərakeş 2:2
Qana – Komor adaları 2:3
Xal durumu: Mərakeş – 7, Qabon – 5, Komor adaları – 3, Qana – 1.
D qrupu
Nigeriya – Misir 1:0
Sudan – Qvineya Bisau 0:0
Nigeriya – Sudan 3:1
Qvineya Bisau – Misir 0:1
Misir – Sudan 1:0
Qvineya Bisau – Nigeriya 0:2
Xal durumu: Nigeriya – 9, Misir – 6, Sudan – 1, Qvineya Bisau – 1.
E qrupu
Ekvatorial Qvineya – Fil Dişi Sahili 0:1
Əlcəzair – Syerra Leone 1:0
Fil Dişi Sahili – Syerra Leone 2:2
Əlcəzair – Ekvatorial Qvineya 0:1
Fil Dişi Sahili – Əlcəzair 3:1
Syerra Leone – Ekvatorial Qvineya 0:1
Xal durumu: Fil Dişi Sahili – 7, Ekvatorial Qvineya – 6, Syerra Leone – 2, Əlcəzair – 1.
F qrupu
Tunis – Mali 0:1
Mavritaniya – Qambiya 0:1
Qambiya – Mali 1:1
Tunis – Mavritaniya 4:0
Qambiya – Tunis 1:0
Mali – Mavritaniya 2:0
Xal durumu: Mali – 7, Qambiya – 7, Tunis – 3, Mavritaniya – 0.
Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunlarına yanvarın 23-də start veriləcək. Növbəti mərhələdə üz-üzə gələcək komandaları və oyun günlərini təqdim edirik:
1/8 final
23 yanvar
Burkina Faso – Qabon
Nigeriya – Tunis
24 yanvar
Qvineya – Qambiya
Kamerun – Komor adaları
25 yanvar
Seneqal – Kabo Verde
Mərakeş – Malavi
26 yanvar
Fil Dişi Sahili – Misir
Mali – Ekvatorial Qvineya


