Afrika Millətlər Kubokunun qalibi Seneqal yığması oldu

Bu gün futbol üzrə Afrika Millətlər Kubokunun final oyunu keçirilib. Arena.az xəbər verir ki, həlledici oyunda Əlcəzair yığması Seneqal millisiylə üz-üzə gəlib.

İlk dəfə Əlcəzairdə təşkil olunmuş qitə birinciliyinin final matçının əsas vaxtı qolsuz bitib. Tərəflər əlavə vaxtda da fərqlənə bilməyincə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Seneqal yığması qitə çempionu olub.

Xatırladaq ki, bir gün öncə baş tutan Afrika Millətlər Kubokunun bürünc medalı uğrunda oyunda Madaqaskar yığması Nigeri 1:0 hesabıyla məğlub etmişdi.

Afrika Millətlər Kuboku
3-cü yer uğrunda oyun
3 fevral

Niger – Madaqaskar 0:1
Qol: Razafindrakoto, 89.

Final
4 fevral

Əlcəzair – Seneqal 0:0 (penaltilər 4:5)

Xəbəri sosial şəbəkələrdə paylaş: