“Səbail” baş məşqçisi Aftandil Hacıyev ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 41 yaşlı mütəxəssislə müqavilənin müddəti 2022/23 mövsümünün sonuna kimi artırılıb.
Aftandil Hacıyev 2018-ci ildən Bayıl təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb. “Dənizçilər” bununla həm də Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına vəsiqə qazanıb.


