19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağatahir Əzimov seleksiyaçı-məşqçi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, son 4 ildə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olmuş mütəxəssis gənc və perspektivli futzalçıların U-19 və əsas milliyə qazandırılması istiqamətində işlər görəcək.
Xatırladaq ki, uzun müddət Azərbaycan millisinin üzvü olmuş Ağatahir Əzimov U-19 yığmamızı 3 dəfə Avropa çempionatının əsas mərhələsinə çıxarıb.


