Ahmed Ayzaya “Neftçi”yə qarşı oynamayacaq

“Qəbələ”nin Nigeriyadan olan mərkəz yarımmüdafiəçisi Ahmed Ayzaya Premyer Liqanın 20-ci turunda “Neftçi”yə qarşı oynamayacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu qarşılaşmanın hazırlığında “qırmızı-qaralar”ın bir futbolçusu iştirak etməyib. Ahmed Ayzaya bərpa prosesi keçir. Digər oyunçuların hamısı qarşıdakı oyuna hazırdırlar.

Xatırladaq ki, sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçına saat 17:30-da start veriləcək.

Bu matç iki rəqib arasında 68-ci duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyədək 67 dəfə görüşüblər.

Əvvəlki matçlarda 20 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə ediblər. 30 oyunda bakılılar qalib gəliblər. Bu görüşlərdə 77 qol vuran “Qəbələ” 96 top buraxıb.

İndiyədək keçirilən qarşılaşmalardan 61-i Premyer Liqa, 6-sı kuboka təsadüf edib. Bu oyun Premyer Liqa çərçivəsində 62-ci duel olacaq. Əvvəlki 61 matçda 18 qələbəsi olan “Qəbələ” 14 dəfə bir xalla kifayətlənib və 29 dəfə uduzub. Rəqib qapısına 69 dəfə yol tapan “qırmızı-qaralar” 91 top buraxıblar.

“Neftçi” ilə səfərdə 34-cü dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 10 dəfə qalib gəlib, 8 heç-heçə edib və 15 dəfə uduzub. Əyalət komandası səfərdə 38 qol vurub, 48-nı buraxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: