Albaniya və Qazaxıstanla oyunlar macar hakimlərə tapşırıldı

Futbol üzrə Azərbaycan millisinin Albaniya və Qazaxıstanla keçirəcəyi beynəlxalq yoldaşlıq görüşlərinin hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Macarıstanın Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçiriləcək hər iki qarşılaşmanı yerli hakimlər briqadası idarə edəcək. Belə ki, Albaniya ilə matçda Mihali Kaprali, Qazaxıstan ilə dueldə isə Bence Csonka baş hakim olacaq.

7 iyun

21:00. Albaniya – Azərbaycan
Baş hakim: Mihali Kaprali.
Baş hakimin köməkçiləri: İştvan Albert, Gerqo Vih-Tarsoni.
Dördüncü hakim: İştvan Vad.

11 iyun

18:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: Bence Csonka.
Baş hakimin köməkçiləri: Teodoros Georgiu, Balaş Salai.
Dördüncü hakim: Reka Molnar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: