Aleksandar Dimitrov – Bolqarıstan millisinin yeni baş məşqçisi!

Bolqar mütəxəssis Aleksandar Dimitrov futbol üzrə Bolqarıstan milli komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

49 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. Dimitrov bu postda bir neçə gün öncə istefaya göndərilmiş İlian İliyevi əvəz edib.

Aleksandar Dimitrov 2018-ci ildən bəri Bolqarıstanın U-21 yığma komandasına rəhbərlik edirdi. O, əvvəllər ölkəsinin U-17 və U-19 yığmalarında da işləyib.

İlian İliyev isə 2023-cü ildən Bolqarıstan milli komandasına rəhbərlik edirdi. Sözügedən komanda 57 yaşlı mütəxəssisin rəhbərliyi altında 18 oyun keçirib, 3 qələbə, 9 heç-heçə və 6 məğlubiyyət görüb.

Xatırladaq ki, Bolqarıstan yığması DÇ-2026-nın seçmə mərhələsinə uğursuz start verib. Komanda İspaniya (0:3) və Gürcüstana (0:3) məğlub olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: